Hər mərhələdə yüksək keyfiyyət
İşləri layihə sənədlərinə, texniki şərtlərə və standartlara tam uyğun yerinə yetirir, hər mərhələdə keyfiyyət nəzarəti aparırıq.

Keyfiyyət, ətraf mühitin qorunması və əməyin təhlükəsizliyi işimizin əsasıdır.
Keyfiyyət, ətraf mühitin qorunması və əməyin təhlükəsizliyi bizim üçün hər layihənin ayrılmaz hissəsidir.
“İSAR GROUP” MMC fəaliyyətini beynəlxalq standartlara və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirir. Keyfiyyət, ekologiya və əməyin mühafizəsi siyasətimiz bu üç sahəni vahid idarəetmə yanaşmasında birləşdirir.
İşləri layihə sənədlərinə, texniki şərtlərə və standartlara tam uyğun yerinə yetirir, hər mərhələdə keyfiyyət nəzarəti aparırıq.
Tullantıların düzgün qablaşdırılmasını və təhlükəli tullantıların zərərsizləşdirilməsini təmin edir, ətraf mühitə təsiri minimuma endiririk.
İşçilərimizin sağlamlığını və təhlükəsizliyini qoruyur, peşə risklərini və təhlükəli halları mümkün qədər aşağı səviyyəyə endiririk.
Fəaliyyətimizi beynəlxalq standartlara və milli qanunvericiliyə uyğun həyata keçirmək.
Peşəkar və etibarlı kadrların səmərəli işləməsi üçün əlverişli mühit yaratmaq.
İşçilərimizin peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görmək.
Sağlamlığı, iş təhlükəsizliyini və ətraf mühiti qoruyaraq yüksək keyfiyyətə nail olmaq.
Tullantıların düzgün qablaşdırılmasını və təhlükəli tullantıların zərərsizləşdirilməsini təmin etmək.
Əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühitə dəyən ziyan risklərini minimuma endirmək.
Obyektivlik, ədalət, təmizlik və şəffaflıq prinsiplərinə əməl etmək, davamlı inkişafa töhfə vermək.
Keyfiyyət menecment sistemi
Ətraf mühitin idarə edilməsi sistemi
Əməyin sağlamlığı və təhlükəsizliyi menecment sistemi