Boru kəmərinin tikintisi

Komandamızvə karyera.

Peşəkar komanda uğurumuzun əsasıdır. Bizə qoşulmaq istəyənlər üçün karyera imkanları.

01 Komandamız

Uğurumuzun əsasında peşəkar komandamız dayanır. Hər əməkdaşın inkişafına sərmayə qoyuruq.

ISAR GROUP-da işçi heyətinin inkişafı bütün əməkdaşların birgə səyi ilə qurulan effektiv sistemə əsaslanır. Hər kəsin öz işinə məsuliyyətlə yanaşmasını dəstəkləyir, inkişaf imkanlarını müntəzəm təşkil edirik.

02 İnkişaf

Əməkdaşlarımızın inkişaf yolu.

  1. 01

    Məsuliyyət

    Hər əməkdaşın tapşırıqlarına görə məsuliyyətini və iş icrasını davamlı gücləndiririk.

  2. 02

    Müntəzəm inkişaf

    İşçi heyətinin inkişafı müntəzəm və planlı şəkildə təşkil olunur.

  3. 03

    Vəzifəyə uyğun təlim

    Təlim və inkişaf proqramları hər əməkdaşın vəzifə öhdəliklərinə uyğun seçilir.

  4. 04

    Kurs və təlimlər

    Peşəkarlıq səviyyəsini artırmaq üçün daxili və xarici kurslar, təlimlər keçirilir.

  5. 05

    Gənc mütəxəssislər

    Gənc əməkdaşların öz sahəsində peşəkar mütəxəssis kimi yetişməsinə dəstək veririk.

  6. 06

    Karyera yüksəlişi

    Əməkdaşlarla birlikdə karyera yüksəlişi imkanlarından maksimum istifadə etməyə çalışırıq.

03 Vakansiyalar

Açıq vakansiyalar.

Aktiv

Layihə mühəndisi (smeta)

Tam ştatMühəndislik

Layihə sənədləri ilə işləyən, smetanı oxuyan və materialları dəqiq hesablayan mühəndis axtarırıq.

Tələblər
  • AutoCAD proqramını sərbəst bilmək
  • Layihə sənədlərini və smetanı oxuya bilmək
  • Layihə sənədləri əsasında materialların həcmini hesablayıb çıxara bilmək
  • Tikinti sahəsində iş təcrübəsi üstünlükdür

Müraciət üçün CV-nizi e-poçtla göndərin. Məktubun mövzusunda vakansiyanın adını qeyd edin.

CV göndər info@isargroup.az
Bağlanmış vakansiyalar
  • Qaynaqçı (6G)Tamamlanıb
  • Metal konstruksiya montajçısıTamamlanıb
  • Əməyin mühafizəsi üzrə mütəxəssis (HSE)Tamamlanıb
  • Boru kəmərləri üzrə ustabaşıTamamlanıb
  • Satınalma mütəxəssisiTamamlanıb