Polad karkaslı binanın tikintisi

Biz kimikvə nə edirik.

2018-ci ildən tikinti, mühəndislik, istehsalat və sənaye avadanlıqlarının təchizatı sahələrində fəaliyyət göstəririk.

01 Haqqımızda

“ISAR GROUP” MMC 2018-ci ildə təsis edilmiş, tikinti, mühəndislik, istehsalat və sənaye avadanlıqlarının təchizatı sahələrində fəaliyyət göstərən Azərbaycan şirkətidir.

01Şirkət sənaye və mülki obyektlərin tikintisi, mühəndis-kommunikasiya sistemlərinin qurulması, metal konstruksiyaların hazırlanması və quraşdırılması, texnoloji avadanlıqların montajı, boru kəmərlərinin çəkilməsi və digər ixtisaslaşmış texniki işlərin yerinə yetirilməsi ilə məşğuldur.

02Fəaliyyətimiz müddətində müxtəlif təyinatlı layihələrdə iştirak edərək həm tikinti-quraşdırma, həm də mühəndislik və texniki xidmətlər sahəsində təcrübəmizi genişləndirmişik. Layihələrin icrasında texniki tələblərə, işlərin keyfiyyətinə, təhlükəsizlik qaydalarına və müqavilə şərtlərinə riayət edilməsini əsas götürürük.

03Hər bir layihəyə onun texniki xüsusiyyətləri, icra müddəti və sifarişçinin tələbləri nəzərə alınmaqla yanaşırıq. İşlərin düzgün təşkili, material və avadanlıqların seçimi, resursların səmərəli idarə olunması və icra prosesinə nəzarət fəaliyyətimizin əsas istiqamətlərindəndir.

0il təcrübə
6fəaliyyət istiqaməti
18tərəfdaş şirkət və qurum
Çirkab su təmizləyici qurğu
Beynəlxalq layihələr

ISAR GROUP yerli bazarla yanaşı, beynəlxalq layihələrdə də iştirak edir. Müxtəlif ölkələrdə həyata keçirilən layihələrdə iştirakımız yeni işgüzar əlaqələrin qurulmasına, texniki təcrübəmizin artmasına və fəaliyyət imkanlarımızın genişlənməsinə şərait yaradır.

02 Missiya və vizyon

Missiya

Missiyamız

Tikinti, mühəndislik və sənaye sahələrində müştərilərimizin tələblərinə uyğun texniki həllər təqdim etmək, layihələrin təhlükəsiz, keyfiyyətli və səmərəli icrasını təmin etmək.

Vizyon

Vizyonumuz

Texniki imkanlarımızı və fəaliyyət coğrafiyamızı genişləndirərək Azərbaycanda və beynəlxalq bazarlarda mühəndislik, tikinti və sənaye layihələri üzrə etibarlı podratçı və tərəfdaş kimi mövqeyimizi möhkəmləndirmək.

03 Əsas prinsiplər

İşimizi müəyyən edən beş prinsip.

01

Peşəkarlıq

İşlərin texniki bilik və praktiki təcrübə əsasında təşkili.

02

Keyfiyyət

Layihə sənədlərinə, texniki şərtlərə və müvafiq standartlara uyğun işlərin görülməsi.

03

Məsuliyyət

Müqavilə öhdəliklərinə, razılaşdırılmış müddətlərə və işin nəticəsinə ciddi yanaşma.

04

Təhlükəsizlik

İş proseslərində əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət edilməsi.

05

Etibarlılıq

Müştərilər və tərəfdaşlarla açıq, dürüst və uzunmüddətli işgüzar münasibətlərin qurulması.

Şirkət olaraq müştərilərimizlə uzunmüddətli əməkdaşlığa üstünlük verir, üzərimizə götürdüyümüz öhdəliklərin vaxtında və tələb olunan keyfiyyətdə yerinə yetirilməsinə çalışırıq.

ISAR GROUP MMC