İSTİLİK SİSTEMLƏRİNİN

İSTEHSALI VƏ QURAŞDIRILMASI

Bağların,hotellərin,restoranların,istixanaların və sənaye müsəsissələri kimi
bol isti suya və istiliyə tələbat olan digər məkanların qızdırılması və
isti su tələbatını ödəmək üçün unikal və effektiv həllərimizi təqdim edirik.

MÜƏSSISƏMIZ AŞAĞIDA QEYD OLUNAN IŞLƏRI YÜKSƏK SƏVIYYƏDƏ VƏ MÜASIR TƏLƏBLƏRƏ UYĞUN YERINƏ YETIRIR
QAZANXANALARIN QURAŞDIRILMASI
NASOSXANALARIN QURAŞDIRILMASI
QEYRI STANDART AVADANLIQLARIN QURAŞDIRILMASI
SERVIS XIDMƏTLƏRININ YERINƏ YETIRILMƏSI
MƏHSULLARIMIZ
  • İSTİ SU QAZANI
  • BUXAR QAZANI
  • YAĞ QAZANI
  • BOYLER

• 100.000 - 5.000.000 Kcal/saat istilik ötürmə gücü olan 2 və 3 keçişli "İSTİ SU QAZANLARI" istehsal olunur.

• Böyük həcmli yanma kamerası (kürə) və yüksək istilik ötürən səthlər sayəsində,məhsuldarlığın effektivliyi.

• Sürətli rejimə girmə və isti su istehsalı.

• Qazan qapısının hər iki istiqamətdə açıla bilməsi.

• Alüminium falqa və yüksək sıxlıqlı istilik izolyasiyası sayəsində minimum istilik itkisi.

• Ön qapının istilik izolyasiyası xüsusi oda davamlı materiallardan hazılanmışdır və ən yüksək temperatura dözümlülük həddi yoxlanmışdır - 1350°C

• Qazanın gözdəsinin (üst qabığının) xarici, ikiqat rənglənmiş hazır rəngli metal lövhələrdən istifadə olunmaqla örtülür və bu estetik görünüşlü xarici örtük lövhələr quruluşuna görə uzunömürlüdür.

• "İSTİ SU QAZANI"-nın istehsalı zamanı istifadə olunan borular xüsusi qazan borularıdır.Boruların içində paslanmayan metaldan xüsusi türbülator yerləşdirilir və 2%-4% arası məhsuldarlığın artımı təmir edilir.

• İsti Su Qazanlarımızın işlətmə təzyiqi 3 Bardan başlayır, ehtiyaca görə daha yüksək təzyiqə davamlı istehsal edilir.

• Məhsullarımız beynəlxalq ( BS EN 12953-2002),TS EN İSO 9001,TS EN İSO 14001,TS 18001/OHSAS və Azərbaycan milli standartlarına cavab verir.

• İSTEHSAL ETDİYİMİZ İSTİ SU QAZANLARINA 2 İL ZƏMANƏT VERİLİR.

"ISAR GROUP" MMC-yə məxsus olan 3 keçidli od borulu arxası nəm və quru buxar qazanları xüsusi metal lövhələrdən qaynaq üsuli ilə hazırlanır. Buxar qazanları BS EN 12953 standarlarına uyğun olaraq istehsal olunaraq müştərilərər təklif olunur. Qazanların istismarı üçün tələb olunan bütün cihazlar qazanın ayrılmaz tərkib hissəsi kimi təchiz olunur və sadəcə uyğun yanacaq ,elektrik enerjisi və su ilə təmin olunmalıdır. Avtomatik rejimdə işləyən qazanlar istehsal müəssisələrinin işlərinin yüksək səviyədə təşkil olunmasına kömək edir

Nominal temperatur - Nominal temperatur (t) qazanın müxtəlif hissələrinin dizayn gərginliyin hesablanması məqsədi ilə istifadə olunur.Nominal istilik dedikdə, əməliyyat şəraitində metal hissələrin orta istilik səviyyəsi başa düşülür.Buxar qazanının nominal istiliyi 250 °C həddindədir.

Qazana nəzarət - Normal hallarda qazan avtomatik nəzarət sistemi ilə işləyir və avadanlıq uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulmuşdur, sədəcə vaxtlı-vaxtında yoxlanışlar və saxlama əməliyyatları həyata keçirilməlidir.

Sınaq - Üst qatı,kürə,boruların üst qatı ilə birləşmə nöqtələri və ümumiyyətlə qaynaq birləşmələrinin keyfiyyəti laboratoriya mütəxəssisləri tərəfindən radioqrafik, PN Trant və ultrasəs üsulu ilə yoxlanılır .Sonda məhsul layihə təzyiqinin 1.5 mislinə bərabər hidravlik testdən keçirilir.

QAYNAR YAĞ QAZANI - Günümüzdə bir çox istehsal prosseslərində yüksək istilik tələb olunur. Bu istilik əsas olaraq su buxarı ilə əldə olunur.Lakin bəzi istehsal sahələrində lazım olan istilik suyun qaynama dərəcəsindən 3 qat və daha çox olduğuna görə su buxar qazanlarının xərcləri artır və iş təhlükəsizliyi azalır. Qaynar yağ qazanlarında kimyəvi və fiziki tərkibi imkan verən yağlardan istifadə olunduqda 350 C - yə qədər istilik alınır.

"İSAR GROUP" MMC-yə məxsus olan qazanların istehsalında sertifikatı olan materiallardan istifadə edilir.İstehsal olunan qaynar yağ qazanlarında dövriyyə vaxtı durğun nöqtə yoxdur. İstehsal etdiyimiz qaynar yağ qazanlarımızda karroziya və ərp bağlama kimi istehsal prossesini ləngidən və tez-tez qulluq tələb edən mənfiliklər yoxdur və istiliyə nəzarət daha asandır.

• 233.926 - 4.162.400 kkal/s arasında model seçim imkanı vardır

TƏK VƏ CÜT SPİRALLI BOYLER - Azərbaycanda ilk dəfə istehsal etdiyimiz tək və cüt spirallı BOYLERlərin satışı və istəyə görə quraşdırılması.Bağların,hotellərin,restoranların,parniklərin və bunun kimi bol isti suya və istiliyə tələbat olan digər məkanlarda isti suyun saxlanılması məqsədi ilə istifadə olunur.Belə ki, BOYLER isti su qazanı ,kombi kimi hər hansı bir isti su qaynağına qoşulur və bu isti su boylerin içindəki spiraldan keçərək təmiz suyu qızdırır (yəni radiatorları qızdırmaq üçün dövr edən su boylerin içərisindəki spiraldan keçərək,təmiz suya qarışmadan onu qızdırır.Beləliklə BOYLERdə mütəmadi isti su olur.

• 100 lt - 3000 lt arasında model seçim imkanı var.

• İstehsal etdiyimiz bütün modellərdə "ten" üçün yuva var.

• Bütün modellər poliuretan köpüklə izolyasiya olunur.

• Dik tip olduğu üçün daha az yer tutur.

• Bütün modellərə termometr quraşdırılır.

• İşçi təzyiqi - 8 bar.

• Bütün məhsullara 2 il zəmanət verilir.

BİZİMLƏ ƏLAQƏ SAXLAYIN